"Aktiv Enerji" MMC-nin rəhbərliyi və mühəndislər komandası sifarişçilərin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq elektrik avadanlıqlarının və qurğuların quraşdırılması, sazlanması və onların təmiri sahəsində böyük təcrübəyə malikdir.

Biznes və məlumat təhlili! Bugünkü rəqabətli biznes mühitində qərarların intuisiya ilə deyil, məlumatlara əsaslanaraq vermək zərurətdir, bunu iş adamlarımız artıq başa düşür. Rəqəmsal transformasiya şirkətlərə böyük həcmdə məlumat toplamaq imkanı yaradır və bu məlumatların düzgün təhlili biznesin uğurunu birbaşa müəyyən edir. Ağıllı rəhbər bilir ki, şirkət üçün önəmli qərarlar, addımlar məlumat əsaslı (Data driven decision […]
Süni intellekt son dövrlərdə çox aktivdir, hamı bu barədə danışır, yazır. Amma Süni İntellektin uğurlu tətbiqi insanlar üçün daha vacibdir. Ok, başa düşdük, Sİ superdir, yaraşıqlıdır, danışa bilir. Bəs bunu real həyatda necə istifadə edək? Süni İntellekt səhiyyədən-istehsalata, satışda, kosmosda, təəssüf ki, müharibələrdə geniş istifadə olunmağa başlayıb. Bu məqalədə isə insanlıq üçün daha vacib olan […]
Dünya sürətlə dəyişir və iqlim dəyişikliyi artıq gələcəyin deyil, bugünün problemidir. Qlobal temperaturun sənaye öncəsi dövrlə müqayisədə 1.2°C artması yaşıl enerjiyə keçidin vacibliyini daha da aktuallaşdırır. Məhz bu səbəbdən startup ideya axtaran sahibkarlar üçün yaşıl enerji sektoru ən perspektivli istiqamətlərdən biri hesab olunur. Avropada fəaliyyət göstərən innovativ startaplar göstərir ki, düzgün yanaşma ilə həm gəlir […]
Sevdiyiniz serialı YouTube-da izləyəndə, vatzapdan şəkil, video göndərəndə və ya bu məqaləni oxuyanda, haradasa uzaqlarda nəhəng məlumat mərkəzləri fasiləsiz işləyir. Bu görünməyən rəqəmsal nəhənglər bütün internetin fəaliyyətini təmin edir və saniyədə milyardlarla sorğunu emal edir. Bəs bu rəqəmsal kainatı ayaqda saxlamaq üçün nə qədər enerji tələb olunur? Hazır olun – bu sizi həqiqətən təəccübləndirəcək! Məlumat […]
Elektrikli avtomobil qiymətlərinin və istifadəsinin çox sərfəli olmasına baxmayaraq, hələ də bazarın böyük hissəsini tuta bilməməsinin əsas səbəbi nədir sizcə? Bura bir çox faktorları səbəb kimi saymaq olar, amma düşünürəm bu maşınları əldə etməyin əsas psixoloji maneəsi infrastruktur sıxıntısıdır. Yəni şəhərdə kifayət qədər Elektrik Doldurma Məntəqələrinin olmaması bir çox alıcını hələ də bu maşınları almaqda […]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanacaq və elektrik doldurma məntəqələrinin layihələndirilməsinə dair yeni normativləri təsdiqləyib. Kollegiyanın sədri Anar Quliyevin imzaladığı qərara əsasən, yol ötürücülərinin üzərində və altında yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi qadağan olunur. Yeni qaydalara görə, elektrik doldurma stansiyalarının gücü və sayı ölkədə elektrik avtomobillərinin mövcud səviyyəsi və gələcək artım proqnozları nəzərə alınmaqla müəyyən ediləcək. Həmçinin […]
Operator
Bir neçə dəqiqə ərzində geri dönüş edilir.
Salam əziz müştəri.
Hansı xidmtələrimizlə maraqlanırsınız?
Bizə mesaj göndərin
Bizimlə sürətli əlaqə