Sevdiyiniz serialı YouTube-da izləyəndə, vatzapdan şəkil, video göndərəndə və ya bu məqaləni oxuyanda, haradasa uzaqlarda nəhəng məlumat mərkəzləri fasiləsiz işləyir. Bu görünməyən rəqəmsal nəhənglər bütün internetin fəaliyyətini təmin edir və saniyədə milyardlarla sorğunu emal edir.
Bəs bu rəqəmsal kainatı ayaqda saxlamaq üçün nə qədər enerji tələb olunur? Hazır olun – bu sizi həqiqətən təəccübləndirəcək!
Məlumat mərkəzləri vs şəhərlər
Təsəvvür edin: orta ölçülü bir data mərkəzi (ÇOD) təxminən 50 000 ev təsərrüfatının istifadə etdiyi qədər elektrik enerjisi sərf edir. Dünyanın ən böyük data mərkəzləri isə 150 meqavata qədər enerji “udub apara” bilir – bu isə sanki gecə-gündüz fasiləsiz işləyən üç kiçik elektrik stansiyasına bərabərdir.
Beynəlxalq araşdırmalara görə, data mərkəzləri 2024-cü ildə qlobal miqyasda təxminən 415 teravat-saat elektrik enerjisi istehlak edib. Bu göstərici demək olar ki, Fransa və ya Böyük Britaniya-nın illik enerji istehlakı ilə eyni səviyyədədir. 2030-cu ildə bu istehlakın iki dəfə artacağı proqnozlaşdırılır.
Məlumat mərkəzlərində enerjini “nə yeyir”?
Data mərkəzinin enerji istehlakını hissələrə bölsək, maraqlı bir mənzərə ortaya çıxır:
Serverlər və hesablama avadanlıqları: təxminən 40%
Bu, data mərkəzinin “beyni”dir. Məhz burada bütün əsas proseslər baş verir: məlumatların emalı, saxlanması və müxtəlif proqramların icrası.
Soyutma sistemləri: 30%-dən 40%-ə qədər
Bu fakt bir çoxlarını təəccübləndirə bilər, amma ən böyük enerji “istehlakçılarından” biri məhz soyutmadır. Serverləri eyni məkanda toplanmış minlərlə kompüter kimi düşünün-onlar çox böyük istilik yaradır. Güclü kondisioner və soyutma sistemləri olmasa, avadanlıq qızaraq sıradan çıxa bilər.
Şəbəkə avadanlıqları və yaddaş sistemləri: təxminən 10%
Buraya routerlər, kommutatorlar və disk massivləri daxildir ki, onlar məlumatların ötürülməsi və saxlanmasını təmin edir.
Köməkçi sistemlər: qalan hissə
Enerjinin qalan hissəsi işıqlandırma, təhlükəsizlik sistemləri, yanğından mühafizə və digər infrastruktur ehtiyaclarına sərf olunur.
Bu rəqəmlərə baxanda gələcək üçün çox maraqlı və vacib araşdırma, startup prespektivləri görmək mümkündür. Məlumat mərkəzlər üçün əsas məsələ yaddaş qurğularıdır. Bu istiqamətdə insanoğlu nəysə innovasiya edib yaddaş qurğularında informasiyanın tutumunu azalda bilərsə nə qədər fayda vermiş olar. Və ya soyutma sistemləri istiqamətində maraqlı innovasiyalar da eləmək lazımdır.
Bir sonrakı məqaləmizdə sizinlə bu barədə daha maraqlı faktları paylaşacağıq. Məsələn, Microsoft-un Natick layihəsi: şirkət serverləri okeanın dibində saxlayır, beləcə soyutma xərclərini minimallaşdırır.

Qeyd edək ki, AktivEnerji şirkəti olaraq məlumat mərkəzləri qurulması və bir-çox başqa elektrik xidmətləri göstərən profesional şirkətdir.

Leave A Comment