Süni intellekt son dövrlərdə çox aktivdir, hamı bu barədə danışır, yazır. Amma Süni İntellektin uğurlu tətbiqi insanlar üçün daha vacibdir. Ok, başa düşdük, Sİ superdir, yaraşıqlıdır, danışa bilir. Bəs bunu real həyatda necə istifadə edək?
Süni İntellekt səhiyyədən-istehsalata, satışda, kosmosda, təəssüf ki, müharibələrdə geniş istifadə olunmağa başlayıb. Bu məqalədə isə insanlıq üçün daha vacib olan enerji sektorunda Süni intellekt necə tətbiq olunur tanış olacağıq. Dünya energetikasında Sİ, sistemin effektivlik, etibarlıq və davamalılığını artırmaq üçün tətbiq edilir. Gəlin örnəklərlə tanış olaq.

1. Google DeepMind və elektrik təsərrüfü.
Google Süni İntellekti öz Data mərkəzlərinin (data center) elektrik təsərrüfünü idarə etmək üçün istifadə edir. DeepMind alqoritmləri soyutma sistemini optimallaşdırır və 40% elektrikə qənaət edir.
2. Siemens və sıradan çıxan avadanlığın öncədən təxmini.
Süni İntellekt -in ən uğurlu tətbiq sahələrindən biri avadanlıqların sıradan çıxmasını öncədən təxmin etməsidir. Siemens də bunu istifadə edir. Bu çox maraqlı “case”-dir və gələcək məqalələrin birini bu barədə edəcəyik mütləq. Hansı parametr və data əsasında Sİ bunu təxmin edir çox maraqlıdır.
3. General Electric (GE) və rəqəmsal əkizlər.
Rəqəmsal əkiz özü o qədər yeni və maraqlı texnologiyadır ki, hələ inkişafı uzun müddət davam edəcək. Məsələn, təsəvvür edin, insanın rəqəmsal kopyasını düzəltmisiniz və düşünün dərman şirkətləri buna nə qədər ödəməyə hazır olar.GE də qaz və külək turbinlərinin işinin optimallaşdırılması və monitorinqi üçün Süni İntellekt əsaslı rəqəmsal əkizlərdən istifadə edir.
4. Enel, Süni intellekt və bərpa olunan enerji.
İtaliyan enerji şirkəti Enel günəş və külək elektrik stansiyalarından enerji istehsalını proqnozlaşdırmaq üçün süni intellektdən istifadə edir və bu mənbələri elektrik şəbəkəsinə daha yaxşı inteqrasiya etməyə kömək edir.
5. Iberdrola və ağıllı şəbəkələr.
İspaniya şirkəti Iberdrola, enerji paylanmasını optimallaşdırmaq və müştəri xidmətlərini təkmilləşdirmək üçün Sİ istifadə edərək ağıllı şəbəkələri idarə edir.
6. BP və effektivlik üçün məlumat analitikası.
BP, neft və qaz yataqlarından böyük həcmdə məlumatları təhlil etmək üçün maşın öyrənmə (ML) alqoritmlərindən istifadə edir və bu da istehsalın səmərəliliyini artırmağa kömək edir.
7. Duke Energy və Süni intellekt ilə tələb proqnozu.
Duke Energy elektrik istehlakını proqnozlaşdırmaq üçün süni intellektdən istifadə edir və bu da daha dəqiq istehsal planlaşdırmasına və resurs bölgüsünə imkan verir.
8. Shell və proseslərin avtomatlaşdırılması.
Shell, neft platformalarında avadanlıqların vəziyyətinin monitorinqinin avtomatlaşdırılması da daxil olmaqla, istehsal idarəetmə proseslərində süni intellekt tətbiq edir.
9. Tesla, Süni intellekt və batareya İdarəetməsi.
Tesla, elektrikli nəqliyyat vasitələri və stasionar enerji saxlama sistemləri üçün batareya idarəetmə sistemlərində süni intellektdən istifadə edir və bu da enerji istehlakına əsasən optimallaşdırılmış doldurma/boşalmaya imkan verir.

Belə misallar çoxdur, məsələn İngiltərə elektrik sistemində paylanmaları optimal idarə etmək üçün Sİ istifadə edir. Dünyaca məşhur Accenture şirkəti isə, enerji şirkətlərinə aktivlərin idarə edilməsi və müştəri xidmətləri daxil olmaqla, biznes proseslərini rəqəmsal şəkildə dəyişdirməyə kömək etmək üçün süni intellektlə işləyən həllər hazırlayır.
Bu məqalə də startup işinə həvəs göstərən və ya biznes ideya axtaran dostlar üçün ipucu kimi olsun.

Leave A Comment