"Aktiv Enerji" MMC-nin rəhbərliyi və mühəndislər komandası sifarişçilərin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq elektrik avadanlıqlarının və qurğuların quraşdırılması, sazlanması və onların təmiri sahəsində böyük təcrübəyə malikdir.

Elektrikli avtomobil qiymətlərinin və istifadəsinin çox sərfəli olmasına baxmayaraq, hələ də bazarın böyük hissəsini tuta bilməməsinin əsas səbəbi nədir sizcə? Bura bir çox faktorları səbəb kimi saymaq olar, amma düşünürəm bu maşınları əldə etməyin əsas psixoloji maneəsi infrastruktur sıxıntısıdır. Yəni şəhərdə kifayət qədər Elektrik Doldurma Məntəqələrinin olmaması bir çox alıcını hələ də bu maşınları almaqda tərəddütə salır.
Bu problemlə bir çox ölkələr aktiv məşğul olmağa başlayıblar. Məsələn, Meksikada elektrikli avtomobillər və elektrik doldurma məntəqələri (EDM) üçün 500 milyon dollarlıq sərmayə planlaşdırılır!
2024-cü ildə dünyada mövcud olan şarj stansiyalarının sayına 1,3 milyondan çox yeni ictimai şarj nöqtəsi əlavə edildi. Bu, əvvəlki illə müqayisədə 30%-dən çox artım deməkdir.Təkcə 2024-cü ildə əlavə olunan şarj nöqtələrinin sayı, demək olar ki, 2020-ci ildə mövcud olan bütün şarj nöqtələrinin ümumi sayına bərabər idi.

Operator
Bir neçə dəqiqə ərzində geri dönüş edilir.
Salam əziz müştəri.
Hansı xidmtələrimizlə maraqlanırsınız?
Bizə mesaj göndərin
Bizimlə sürətli əlaqə
Leave A Comment