GİRİŞ
Aktivenerji şirkəti olaraq müəssisələr və biznes tərəfdaşlarımız üçün elektrik doldurma məntəqələrinin (EDM) qurulması istiqamətində tam dövr (end-to-end) mühəndislik və icra xidmətləri təqdim edirik. Təklif etdiyimiz yanaşma layihənin ilkin texniki təhlilindən başlayaraq, quraşdırma, laboratoriya yoxlamaları və bütün dövlət qurumlarına rəsmi təhvil mərhələsinə qədər prosesi tam əhatə edir.
Məqsədimiz müştərilərimiz üçün təhlükəsiz, effektiv və gələcəyə uyğun enerji infrastrukturu qurmaqdır.
Problem
Müəssisələr elektrik doldurma məntəqələrinin qurulması zamanı aşağıdakı əsas problemlərlə qarşılaşır:
- Mövcud elektrik gücünün qeyri-kafi və ya qeyri-dəqiq qiymətləndirilməsi.
- Yanlış yerləşdirmə və planlama nəticəsində səmərəsiz istifadə.
- Normativ və texniki tələblərin mürəkkəbliyi.
- Sənədləşmə və dövlət qurumları ilə proseslərin çətinliyi.
- Keyfiyyətsiz montaj nəticəsində təhlükəsizlik riskləri və əlavə xərclər.
Bu problemlər layihə gecikməsinə, əlavə investisiya itkisinə və əməliyyat risklərinə səbəb olur.
Həll
Aktivenerji bu problemləri aradan qaldırmaq üçün strukturlaşdırılmış və mərhələli yanaşma tətbiq edir:
- Müəssisənin yerində texniki təftişi və risk analizi
- Dəqiq elektrik gücü hesablamaları və şəbəkə uyğunluğu
- Baş plana uyğun optimal yerləşmə seçimi
- Peşəkar layihələndirmə və şəffaf smeta hazırlanması
- Standartlara uyğun montaj və quraşdırma işləri
- Laboratoriya testləri, ölçmələr və tam sənədləşmə
- Layihənin dövlət qurumlarına rəsmi təhvili
Bu yanaşma müştərilərə minimum risk, maksimum effektivlik və uzunmüddətli dayanıqlılıq təmin edir.
Biznes fürsətlər
Elektrik nəqliyyat vasitələrinin sürətli artımı nəticəsində doldurma infrastrukturu artıq strateji ehtiyaca çevrilmişdir.
· Əmlak dəyərinin artması: EDM-lərin olması yaşayış kompleksini “lüks” və “innovativ” kateqoriyaya yüksəldir, satış və icarə qiymətlərini artırır.
· Ətraf mühitə töhfə: EM istifadəsi CO₂ emissiyalarını azaldır, kompleksin “yaşıl” sertifikat almasına imkan yaradır.
· İstifadəçi rahatlığı: Sakinlər evdən çıxmadan avtomobillərini gecə tarifi ilə doldura bilir, vaxta və enerjiyə qənaət edirlər.
· Reklam və marketinq üstünlüyü – Otel, istirahət mərkəzləri kimi EDM ilə təchiz edilmiş komplekslər rəqiblər arasında seçilir.
Bu sahəyə erkən investisiya edən şirkətlər bazarda rəqabət üstünlüyü əldə edir.
CTA
Sizin obyekt üçün optimal elektrik doldurma həllinin hazırlanması üçün bizimlə əlaqə saxlayın. İlkin texniki baxış və konsultasiya xidmətimiz mövcuddur.
Nə üçün AktivEnerji?
Kompleks xidmət (A-dan Z-yə) Normativ bazaya tam uyğunluq.
Təcrübəli mühəndis komandası.
Sürətli icra və şəffaf proses.
Dövlət qurumları ilə koordinasiya.

Leave A Comment