Bu məqalədə bağ evinizdə elektrik avtomobilinizi doldurmaq üçün zövqlü talvar (naves) ideyaları barədə danışacağıq. Bağ eviniz üçün nəzərdə tutulmuş belə talvarlar yalnız funksional deyil, həm də estetik baxımdan cəlbedici həllər təqdim edir. Müasir dizaynlı günəş panelli örtüklər sayəsində avtomobilinizi gün ərzində ekoloji təmiz enerji ilə doldura, eyni zamanda ərazinizə müasir və səliqəli görünüş qata bilərsiniz. Bu cür həllər həm enerji xərclərini azaltmağa, həm də elektrik kəsintiləri zamanı əlavə enerji mənbəyi əldə etməyə imkan verir. Doğru material və dizayn seçimi ilə talvarınız bağ evinizin ümumi memarlığına uyğunlaşaraq həm rahatlıq, həm də texnoloji üstünlük təmin edəcək.
Rəsmi açıqlamalara görə, artıq hər bir enerjidoldurma cihazının qoşulduğu elektrik xətti ayrıca yoxlanılır və əgər elektrik avtomobili binanın ümumi elektrik şəbəkəsindən və ya mənzilin mövcud sayğacından birbaşa çəkilmiş xətt vasitəsilə doldurulursa, həmin xətt dərhal şəbəkədən ayrılır. Bundan sonra uzun bürokratik proses başlayır, siz texniki şərt almalısınız, sayğac quraşdırmalısınız. Lakin praktikada bu tələblər vətəndaşlar üçün həm maliyyə, həm də inzibati baxımdan ciddi çətinliklər yaradır. Xüsusilə qeyd olunur ki, söhbət kommersiya məqsədli enerjidoldurma məntəqəsindən deyil, şəxsin öz şəxsi avtomobilini gündəlik istifadəsi üçün şarj etməsindən gedir.
Bütün bu baş ağrısı və lazımsız işlərdən qurtulmaq üçün ideya odur ki, bağ yerinizdə günəş paneli (alternativ enerji) ilə təchiz olnumuş talvar (naves) quraşdırıb, ordan istehsal olunan elektrik ilə avtomobilinizi doldurmaq mümkündür.
İş prinsipi olduqca sadədir: gündüz saatlarında panellər elektrik enerjisi istehsal edir və bu enerji ya birbaşa doldurma qurğusuna yönləndirilir, ya da akkumulyatorlarda saxlanılır. Əgər avtomobil doldurulmursa, enerji məişət cihazlarına ötürülür. Gecə və ya buludlu havada sistem avtomatik olaraq şəbəkə enerjisinə keçir. Qəza və ya elektrik kəsintisi baş verdikdə isə invertor enerjini avtomatik şəkildə akkumulyatorlardan evə yönləndirir.
Elektrik avtomobilinizi daha sərfəli, müstəqil və ekoloji təmiz şəkildə doldurmaq istəyirsinizsə, doğru addımı indi atın. Aktivenerji olaraq sizə fərdi ehtiyaclarınıza uyğun günəş enerjili doldurma həlləri təqdim edirik: layihələndirmədən quraşdırmaya qədər tam xidmətlə. Elə indi bizimlə əlaqə saxlayın, obyektiniz üçün ən optimal və qənaətli sistemi birlikdə quraq.
![]() | ![]() |

Bağda elektromobil doldurulması üçün günəş elektrik stansiyası (GES) hansı problemləri həll edir?
Niyə elektrik avtomobili üçün günəş doldurma stansiyası alıb onu evinizin və ya müəssisənizin ərazisində qurmağa dəyər?
- İlk növbədə bu, müstəqillikdir. Şəxsi GES elektrik təchizatındakı fasilələr problemini aradan qaldırır və doldurmanı istənilən vaxt əlçatan edir. Hətta enerji böhranının pik dövründə və uzunmüddətli elektrik kəsintiləri zamanı belə, nəqliyyatınız hərəkətdə qalır.
- İkinci qənaətdir. Güc düzgün seçildikdə, şəbəkə enerjisi ilə müqayisədə doldurma xərclərini 60–90% azaltmaq mümkündür. Artıq istehsal olunan enerji məişət ehtiyaclarına yönləndirilir və ümumi istehlakı azaldır. Siz daha az ödəyirsiniz, amma komfortdan imtina etmirsiniz.
- Üçüncü sadə idarəetmədir. Hər gün nəyisə qoşmağa və ya tənzimləməyə ehtiyac yoxdur. Sistem tam avtomatik işləyir və istifadəçi müdaxiləsi tələb etmir. O, sadəcə avtomobili doldurur və lazım olduqda evdəki cihazların işləməsini təmin edir. Bütün bunlar isə generatorlardan fərqli olaraq səs-küy və dizel qoxusu olmadan baş verir.
Orta hesabla, elektrik avtomobilləri üçün günəş doldurma stansiyasına qoyulan investisiya enerji qənaəti hesabına 3–4 il ərzində özünü doğruldur. Bu dövrdən sonra siz hələ uzun müddət (ən azı 10-15 il) sistemdən yararlana biləcəksiniz.



Leave A Comment