"Aktiv Enerji" MMC-nin rəhbərliyi və mühəndislər komandası sifarişçilərin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq elektrik avadanlıqlarının və qurğuların quraşdırılması, sazlanması və onların təmiri sahəsində böyük təcrübəyə malikdir.

Sahibkar rubrikasında Azərbaycan biznes mühitində güvənli və yerli şirkətlər barədə tez-tez maraqlı məqalələr ilə qarşınızda olacağıq. Bu rubrikada biznes hekayələr, uğurlar və risklər, işgüzar insanlar haqqında geniş danışacağıq. Dayanıqlı biznes mühitin formalaşması üçün yerli sahibkarlar da bir-biri ilə sağlam netvörk qurmağa çalışmalıdır. AktivMedia olaraq biz də bu işə töhvə verməyə çalışacağıq.
Bu məqalədə sizə çox maraqlı bir startup biznes haqqında danışacam. BYTE Technologies proqram təminatı məhsulları (software development) inkişafı ilə məşğul olan və bir-neçə kifayət qədər təkmil “qutu həlli”-nə sahib olan yerli brenddir. Şirkət ciddi müştəri portfoliosuna və təcrübəli texniki komandaya sahibdir.
Dünya proqram təminatı bazarı 2025-ci ildə 823 milyard $ dəyərləndirilir və 2034-cü il üçün bu rəqəmin 2.2 trilyon $-dan çox olacağı təxmin edilir. Bazar payına sahib ən böyük şirkətlər: Apple (3.8 trilyon $), Google (3.6 trilyon $), Microsoft (4 trilyon $)
Azərbaycan Proqram təminatı bazarı haqqında təəssüf ki, ciddi rəqəmlər mövcud deyil. Amma “Statista” portalının proqnozuna əsasən bu rəqəm 2025-ci ildə 387 milyon dollar civarında təxmin edilir. Bu bazar payı təxmini illik 5% artım tempinə malikdir və korporativ proqram təminatı həllərin payı (163 milyon $) burda daha çoxdur.
Amma bazarın ən böyük payını əcnəbi şirkətlərin əldə etdiyi şübhəsizdir. Bu çox ağır rəqabət mühitində yerli Tech şirkətlərə hər-cür dəstək göstərməliyik. Əks halda xüsusi ilə Süni İntellekt dövründə Amerika, Çin, Avropa kimi nəhənglərin Sİ həllərinə trilyon dollar yatırımlar elədiyi bir dövrdə Azərbaycan kimi ölkələrin istehsalçı yox, “istehlakçı” duruma düşməyə məhkum olması qaçınılmazdır.
Proqram təminatı bazarı elə nadir sektorlardan biridir ki, Azərbaycan hələ də bu nişdə öz payını tutmaq şansını itirməyib. Bu cür yerli şirkətlərdən biri də Byte Tecnologies şirkətidir. Şirkətin vebsaytında təqdim olunan məhsullar barədə geniş məlumat əldə edə bilərsiniz. Şirkət satış, tikinti, anbar, təhsil, əmlak bazarı kimi sektorlarda həllər təqdim edir və ciddi müştəri portfelinə malikdir. Məsələn, Tacir.PRO anbar, satış və kassa sistemi hal-hazırda bazarda mövcud olan ən rahat proqram təminatlarından biridir. 600 – dən artıq istifadəçi öz işini Tacir.PRO ilə avtomatlaşdırıb, rahatlaşdırıb. Vəya e-MTK bina təsərrüfatının, mənzillərin, qeyri-yaşayış sahələrinin, ödənişlərin idarə edilməsi, sakinlərin, kirayəçilərin qeydiyyatı və digər əməliyyatların avtomatlaşdırılması üçün tərtib edilmişdir. 
AktivEnerji şirkəti olaraq biz də Byte.az şirkəti ilə tərəfdaşlıqdan böyük məmnunluq ilə danışa bilərik. Biz MTK-lara, anbarlara elektrik həlləri ilə yanaşı Proqram təminatı həlləri də təqdim edirik. Bu şəkildə həm yerli biznes ekosistemin dayanıqlı inkişafına töhvə verəcəyimizə inanır, həm də ətrafımızda güvənli biznes tərəfdaşlar formalaşdırmağa çalışırıq.
Operator
Bir neçə dəqiqə ərzində geri dönüş edilir.
Salam əziz müştəri.
Hansı xidmtələrimizlə maraqlanırsınız?
Bizə mesaj göndərin
Bizimlə sürətli əlaqə
Leave A Comment