2040-cı ilə doğru dünya avtomobil sənayesi və elektrikli avtomobil bazarı böyük bir dönüş yaşayır. Ona görə qərar verdik ki, bu trenddə prespektivli biznes ideyalar və fürsətlər barədə danışaq. Proqnozlara görə, həmin dövrdə satılan avtomobillərin əksəriyyəti artıq elektriklə işləyən nəqliyyat vasitələri olacaq. Xüsusilə yüngül ticari nəqliyyat kateqoriyasında elektromobillərin bazar payının təxminən 33%-ə çatacağı gözlənilir.
Bu dəyişimin əsas hərəkətverici qüvvələrindən biri isə Çində sürətlə artan elektrikli avtomobil tələbatıdır. Məhz bu artım qlobal avtomobil istehsalçılarını elektromobil texnologiyalarına daha çox yatırım etməyə sövq edib. Məsələn, Çinin planlarına əsasən, 2025-ci ilə qədər ölkədə satılan hər beş avtomobildən biri alternativ enerji ilə işləyən nəqliyyat vasitəsi olacaq.
2025-ci ildə qlobal elektrikli avtomobil bazarının həcminin təxminən 1,3–1,59 trilyon ABŞ dolları olacağı proqnozlaşdırılır. Həmin il dünya üzrə təxminən 22 milyon elektrikli avtomobilin satılması gözlənilir.

Elektrikli avtomobillərin yüksəlişi isə yalnız nəqliyyat sektorunu deyil, bütövlükdə enerji və biznes mühitini dəyişir. Bir tərəfdən, neftə olan tələbin azalmasına səbəb olaraq ənənəvi enerji bazarının daralmasına gətirib çıxarır. Digər tərəfdən isə yeni texnologiyaların, xidmətlərin, biznes ideyalar və modellərinin yaranmasına şərait yaradaraq iqtisadiyyat üçün tamamilə yeni imkanlar açır. ⚡🚗
İş adamları hansı fürsətləri dəyərləndirməlidir?
Elektrikli avtomobil sayı artdıqca onların ətrafında yeni xidmət və biznes sahələri də yaranır. Bu sahədə aşağıdakı biznes imkanlarını və biznes ideyaları dəyərləndirmək mümkündür:
- İctimai yerlərdə (ticarət mərkəzləri, restoranlar, dayanacaqlar və s.) elektromobillər üçün elektrik doldurma məntəqələri (EDM) qurmaq.
- Elektrik doldurma məntəqələri ətrafında istirahət və xidmət məntəqələri (kafe, market, gözləmə zonası) yaratmaq
- Köhnə və istifadəyə yararsız batareyaların toplanması və təkrar emalı xidməti təşkil etmək.
- Elektromobillər üçün servis və texniki xidmət mərkəzi açmaq.
- Avtomobillər üçün proqram təminatı, əlavə avadanlıq və modifikasiya xidmətləri göstərmək.
- Elektrik doldurma məntəqələrinin idarə olunması və texniki xidmətini həyata keçirən şirkət qurmaq.
- Elektromobillərin elektrik sistemi ilə bağlı problemlərini həll edən ixtisaslaşmış ustalar yetişdirmək.
- Evlər və ofislər üçün fərdi şarj qurğularının quraşdırılması xidməti təklif etmək.
- Elektrik doldurma məntəqələrinin quraşdırılması və elektromobil texnologiyaları üzrə təlim mərkəzi yaratmaq.
- Elektromobillərin kirayəsi (rent-a-car) xidmətini təşkil etmək.
- Elektromobillər üçün ehtiyat hissələrinin satışı və distribusiyasını qurmaq.
- Batareya satışı və batareya dəyişdirmə xidmətləri təşkil etmək.
Bundan əlavə, elektromobillərin yayılması enerji, proqram təminatı və mobil tətbiqlər sahəsində də yeni imkanlar yaradır. Məsələn, Elektrik doldurma məntəqələrini göstərən mobil tətbiqlər, enerji idarəetmə sistemləri və ya flot idarəetmə platformaları da gələcəkdə gəlirli bizneslərə çevrilə bilər. ⚡🚗
AktivEnerji ailəsi olaraq, ölkəmizdə yaşıl enerji infrastrukturunun inkişafı üçün öz töhfəmizi verməkdən qürur duyuruq. Yuxarıda sadalanan bir-çox biznes fürsətlər istiqamətində dəyərli iş adamlarımızı konsultasiya, layihələndirmə, biznes planın hazırlanması, sertifikatlaşdırma və bir çox digər xidmətlərimizlə dəstəkləyirik. Bizə yazın, zəng edin, əlaqədə olun və suallarınızı verin.

Leave A Comment